Kürdəmirdə yol qəzası – Xəsarət alan varbackend

Kürdəmirdə yol qəzası - Xəsarət alan var

Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, sürücü, 1956-cı il təvəllüdlü Həsənov Cəsarət Abbasqulu oğlu avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı C.Həsənov və həyat yoldaşı, 1959-cu il təvəllüdlü Cəfərova Nəzakət Ənvər qızı xəsarət alıb.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralılara sol bazu sümüklərinin sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*