Kvant texnologiyası: Avtomobil dəqiqələr, telefon saniyələr ərzində şarj olunacaqbackend

Kvant texnologiyası: Avtomobil dəqiqələr, telefon saniyələr ərzində şarj olunacaq

Tədqiqatçılar yeni tip akkumulyator doldurma texnologiyasının istehsalında əhəmiyyətli irəliləyiş əldə ediblər. Yeni texnologiya şarj müddətini rekord səviyyələrə endirə bilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Koreyanın Təməl Elmlər İnstitutunun və İtaliyanın İnsubriya Universitetinin alimləri mikromazer kimi tanınan kvant mexaniki sistemindən istifadə edərək bu texnologiyanın reallaşdırılması istiqamətində irəliləyişə nail olublar.

Cənubi Koreyalı tədqiqatçılar hesablayıblar ki, kvant akkumulyatoru texnologiyası elektrik avtomobilləri üçün evdə enerji doldurma vaxtını 10 saatdan üç dəqiqəyə, super doldurma stansiyaları isə avtomobili cəmi 90 saniyəyə tam doldura bilir.

Bu barədə “Quantum Science and Technology” elmi jurnalında məqalə dərc olunub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*