Ermənistanda cinayətkar Koçaryan hakimiyyəti ələ keçirsə, onun seçki yolu ilə hakimiyyətə gəlməsi qeyri mümkündür. Ancaq rusun silahı ilə hakimiyyəti zəbt edə bilər. 2008-ci ildə həmin bu Koçaryan Putinin köməyi ilə Sarkisyanı qırğın salmaqla hakimiyyətə gətirdi. İndi həmin ssenariyə uyğun Koçaryan özünü hakimiyyətə gətirmək istəyir.
Belə olan təqdirdə Azərbaycan dərhal Laçın dəhlizində Ermənistanla sərhəddə sərhəd qoşunlarını yerləşdirməlidir. Çünki Koçaryan Putinin dəstəyi ilə bu dəhlizdən Ermənistan ordusu və müasir silahları Xankəndi və ətrafına daşıtdıracaq. Şuşanın sərhədinin azı yarısı erməni silahlı qüvvələrinin mühasirəsində olacaq. Buna qəti sürətdə yol vermək olmaz. Bu boyda çəkilmiş əziyyətlər, tökülmüş qanlar hədər getmək təhlükəsi altında ola bilər.
İlk növbədə Azərbaycan hakimiyyəti zəbt etmiş Koçaryanı rəsmi tanımamalıdır. İkinci Ermənistana Azərbaycan vətəndaşları olan ermənillərin adından danışmağa qadağa qoyulmalıdır və heç bir məsələ müzakirə olunmamalıdır.
Mən düşünmürəm Paşinyan asanlıqla Koçaryana hakimiyyəti zəbt etməyə imkan verəcək. Ancaq hazır olmalıyıq.
Rəsul Quliyev
