Laçın rayonunda hərbçilərə bayram sovqatı çatdırıldı – FOTOLARbackend

Laçın rayonunda hərbçilərə bayram sovqatı çatdırıldı - FOTOLAR

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara dəstək aksiyası davam edir.

KONKRET.az xəbər verir ki, aksiya çərçivəsində bu gün Laçın rayonunun işğaldan azad edilmiş ərazilərində xidmətini davam etdirən hərbçilərə bayram sovqatı çatdırılıb.

“Bravo” supermarketlər şəbəkəsinin əməkdaşları erməni silahlı birləşmələrindən azad edilmiş ərazidə xidmət aparan Azərbaycan hərbçilərinə müxtəlif qida məhsulları, gündəlik tələbat malları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bayram sovqatı paylayıblar.

Hərbçilər ordunun təminatının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən dəstək aksiyasına, bayram sovqatına görə təşəkkür ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*