Laçın yolunda nəzarət-buraxılış məntəqəsi necə qurulacaq? – Şəfiyev AÇIQLADIbackend

Laçın yolunda nəzarət-buraxılış məntəqəsi necə qurulacaq? – Şəfiyev AÇIQLADI

Laçın yolu Azərbaycan ərazisidir. Ona görə də, Azərbaycan burada nəzarət-buraxılış məntəqəsinin yaradılmasını təmin edə bilər. Burada Ermənistanın nəyi istəyib-istəməməsi bizə o qədər də lazım deyil.

KONKRET.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması rus sülhməramlıları ilə yoluna qoyulacaq: “Eyni zamanda bu prosesdə də iki illik təcrübə var. Azərbaycan öz hədəflərinə çatır. Ona görə də, Laçın yolunda gec-tez nəzarət buraxılışı yaradılacaq”.

Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti, ABŞ dövlət katibi və Ermənistanın baş naziri ilə görüşdə nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.//Teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*