Laçın, Zabux və Sus sakinləri AİHM-ə müraciət edə bilərlər – Gülumyandan GÜLÜNC TƏKLİFbackend

Laçın, Zabux və Sus sakinləri AİHM-ə müraciət edə bilərlər - Gülumyandan GÜLÜNC TƏKLİF

“Laçın, Zabux və Sus sakinləri Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edə və təzminat tələb edə bilərlər”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu avqustun 12-də Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş hakimi Alvina Gülumyan deyib.

O, Laçın, Zabux və Susda qeyri-qanuni məskunlaşmış  Livan və Suriyadan olan erməniləri Ermənistan hökumətinə qarşı AİHM-ə müraciət və ya təzminat tələb etməyə çağırıb.

Gülumyan deyib ki, baş verənlərə Ermənistan hökuməti cavabdehdir.

Amma vətəndən məhrumetmə prosesi gedirsə, bu, onun fikrincə, başqa problemdir.

“Digər aspektlər üçün avqustun 25-nə qədər gözləmək və vəziyyətin necə inkişaf edəcəyini görmək lazımdır”, – deyə Gülümyan vurğulayıb.

Konstitusiya Məhkəməsinin keçmiş hakimi belə qənaətə gəlib ki, bir çox hüquq müdafiə təşkilatlarının fəaliyyəti dövründə məqsəd hakimiyyətə çatmaq olub.

“İndi onlar hakimiyyətin bir hissəsinə çevriliblər və təbii ki, insan hüquqları ilə bağlı fəaliyyət göstərmirlər. Ona görə də hakimiyyət dəyişikliyi ilə yeni hökumətin tərkib hissəsi olmayacaq. Öz yerində qalacaq vətəndaş cəmiyyəti formalaşdırmaq vacibdir”, – hüquqşünas deyib.

Gülümyan müxalifəti bütün hüquqi mexanizmlərdən istifadə etməyə çağırıb.

“İndiki mərhələdə bu istiqamətdə aparılan işlərin nəticələri faydalı olmaya bilər, lakin gələcəkdə onlara lazım olacaq”, – deyə o, fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*