İşğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri çərçivəsində məscid və məbədlərin, dini inanc yerlərinin bərpası və tikintisi də xüsusi nəzarətdə saxlanılır. Hazırda Laçın şəhərində inşa edilən məscid binası azad olunan ərazilərdə ən böyük məscidlərdən biri olacaq.
KONKRET. az xəbər verir ki, Erməni vandalizmi Laçındakı ibadət ocaqları, məscid və digər abidələrdən də yan keçməyib. Erməni işğalı zamanı daş-divarlarındakı yaddaş tarixləri silinərək erməniləşdirilməyə və dünyaya erməni xalqının yazılı abidələri kimi təqdim edilməyə cəhd olunub. Torpaqlarımız azad olunduqdan sonra isə yaşayış yerləri və digər infrastruktur işləri ilə paralel, sözügedən dini abidələrin, məscidlərin, məbədlərin bərpası və yenidən inşası da xüsusi diqqətdə saxlanılır. Hazırda Laçın şəhərində yeni məscid inşa olunur.
“Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev bilrirb ki, Laçın rayonu ərazisində çoxlu sayda məscid, məbəd inanc yerləri olub, lakin işğal zamanı sözügedən tikililər ermənilər tərəfindən dağıdılıb. Hazırda işğaldan azad olunan ərazilərdə ən böyük məscidlərdən biri məhz Laçında inşa olunur. Məscid kompleksinin ərazisi 1 hektara yaxın sahəni əhatə edəcək.
Relyefə uyğun inşa edilən məscid iki mərtəbədən ibarət olacaq, birinci mərtəbədə texniki otaqlar yer alacaq. İkinci mərtəbə isə birbaşa məscidin qarşısındakı eyvana açılacaq ki, bu da əhalinin rahat ibadəti üçün məscidə girişi təmin edəcək. Məsciddə qadınlar və kişilər üçün ayrıca ibadət zalları, dəstəmaz otaqları olacaq. 600 kvadratmetrə yaxın sahəsi olacaq məscid binası 16 metr hündürlükdə bir günbəz və hər biri 24 metr hündürlükdə iki minarə ilə layihələndirilib. Məscid şəhərin hər yerindən görünəcək və azan səsinin şəhər ərazisinə daha rahat yayılmasına imkan yaranacaq. Məscid şəhərin qərb hissəsində girişdə magistral yolun kənarında yerləşir ki, bu da şəhərə gələn turist və qonaqların burada rahat ibadət etməsi üçün nəzərdə tutulub.
Laçında inşa edilən məscidin tikintisində iştirak edənlər də elə laçınlılardır. AZƏRTAC

Yenə məscid tikilir. Məscid tikməkdənsə ölkənin bəzi rayonlarında, konkret deyim Salyan rayonunda sossial ev tikilsin. Mənim kimi evi olmayanlara ev verilsin. Azərbaycanda nə qədər məscid tikilir! Məscidə gedən yoxdur. Dindarlar evdə məclis qururlar. Yas mərasimindən yaxşı pul qazanırlar. Bundan xəbəriniz olsun.
Xanım Laçında heç məscid yoxdur. Niyə 1 məscidi çox görürsünüz bölgəyə? Bu kimi layihələr birəz də region üçün gerçəkləşir ki, işğaldan azad olunan torpaqlarda xalqımız və 1000 ildən çoxdur ki mədəniyyətimizin ayrılmaz hissəsinə çevirilən dinimiz təmsil olunsuz. Ermenistan bizdən dəfələrcə kasıb dövlətdir, ama işğal dövründə yüzlərcə kilsə tikərək və bizim tarixi abidələrimizi məbədlərimizi dağıdaraq oraları özünküləşdirmək istəyib. Biz niyə tikməyək. Nəzərə alsaq ki Laçında 20-40min əhali yaşayacaq, məscid həmişə dolu olacaq.