“Biz qazax dilini qoruyub saxlayacağıq. Başqa cür ola da bilməz. Çünki tarixin ən çətin anlarında dilimiz müdrik əcdadlarımızın, xalqımızın sayəsində qorunub saxlanıb”.
KONKRET.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Qazaqstan” telekanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, ölkədə dil islahatı da aparılmalıdır:
“Latın əlifbasına keçid məsələsində tələsmək lazım deyil. Buna ciddi yanaşmaq lazımdır. Dil siyasəti çox həssas mövzudur”.
“Xalqımız çox ciddi sınaqlardan keçib və bütün çətinliklərə qalib gəlib”, – deyə prezident Tokayev bildirib.
