Latviya səfərbərlikdən yayınan ruslara viza verməyəcəkbackend

Latviya səfərbərlikdən yayınan ruslara viza verməyəcək

“Latviya səfərbərlikdən yayınan ruslara humanitar və digər növ vizalar verməyəcək”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqar Rinkeviç deyib.

O əlavə edib ki, Latviya Şengen vizası olan Rusiya vətəndaşları üçün sentyabrın 19-dan tətbiq edilən sərhədi keçmək məhdudiyyətlərini dəyişmək niyyətində deyil.

Qeyd edək ki, Baltikyanı ölkələr Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırmağa razılaşıblar.

Estoniya, Litva, Latviya və Polşada qohumları olan rusiya vətəndaşları, diplomatlar, iş və təhsil vizası sahibləri üçün bu qadağalar istisna edilib.

Xəbər verdiyimiz kimi, Rusiyada bu gündən Vladimir Putinin fərmanı ilə qismən səfərbərlik elan edilib. Müdafiə naziri Sergey Şoyqu 300 min ehtiyatda olan hərbçinin orduya çağırılacağını açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*