Latviyada SSRİ-yə aid abidə SÖKÜLDÜbackend

Latviyada SSRİ-yə aid abidə SÖKÜLDÜ

Latviyanın şərqindəki Rezekne şəhərində sovet əsgərlərinin xatirəsinə ucaldılmış “Alyoşa” kimi tanınan abidə sökülüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

“Çərşənbə günü səhər saat 5-də sovet əsgərlərinə aid abidənin sökülməsi üzrə işlərə başlanılıb”, – nəşr yazıb.

Rezekne şəhərinin meri Aleksandr Bartaşeviç bildirib ki, “Alyoşa”nın sökülməsi qərarını vətəndaşların əksəriyyəti dəstəkləmir.

Məlumata görə, Latviyada noyabrın 15-dək sovet dövrünün bütün abidələri söküləcək.

İyulun 14-də respublikanın Nazirlər Kabineti 69 belə memorialın sökülməsinə icazə verib.

Qeyd edək ki, abidə 1976-cı ildə latviyalı heykəltəraşlar Otto Kaleis, Ojars Silins və memar Elmar Salquss tərəfindən ucaldılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*