Latviyada təyyarə qəzası BAŞ VERDİbackend

Latviyada təyyarə qəzası BAŞ VERDİ

Latviyada təyyarə qəzası baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, özəl yüngül təyyarə Baltik dənizində Latviya sahillərində qəzaya uğrayıb.

Agentliyin məlumatına görə, onun qarşısını almaq üçün Estoniyada yerləşən NATO qırıcıları qaldırılıb. Təyyarədə 4 nəfər olub, onların taleyi hələlik məlum deyil.

FlightRadar24-ün məlumatına görə, Avstriyada qeydiyyatdan keçmiş Cessna 551 təyyarəsi İspaniyanın cənubundakı Xeres şəhərindən uçurdu.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*