Bu gün səhər saatlarında Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və Xarici İşlər naziri Sergey Lavrovun da təmsil olunuğu yüksək tərkibli nümayəndə heyəti İrəvana gəlib. Yaxın saatlarda Rusiya Baş Nazirinin müavinləri Aleksandr Novak, Aleksey Overçuk, eləcə də, Fövqəladə Hallar Naziri Yevgen Ziniçevin Ermənistana gəlişi gözlənilir.
KONKRET.az xəbər verir ki, bu barədə ”Rossiya-1” telekanalı məlumat yayıb.
Məlumatda deyilir ki, bu səfərlərin məqsədi 10 noyabr anlaşmasından irəli gələn vəzifələrin icrasında İrəvana dəstək verməkdir. Telekanal İrəvan görüşlərindən sonra Rusiyanın yüksək tərkibli nümayəndə heyətinin Bakıya səfər edəcəyini bildirib.
Surxay Atakişiyev
