Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Rusiya ordusunun Əfqanıstana daxil olma ehtimalı ilə bağlı sualı şərh edib.
KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, S.Lavrov bu barədə Uzaq Şərq Federal Universitetində çıxışı zamanı açıqlama verib.
“Əfqanıstana ordu yeridəcəyikmi? Mən hesab edirəm ki, bunun cavabı aydındır”, – S.Lavrov bildirib.
Rusiya XİN rəhbəri həmçinin əlavə edib ki, Əfqanıstanda olan yaraqlılar KTMT-nin üzvü olan Tacikistana hücum edərsə, təşkilat dərhal rəsmi Düşənbəyə kömək imkanlarını nəzərdən keçirəcək.
