“Lazım gəlsə…” – “Sasna Tsrer”backend

"Lazım gəlsə..." - "Sasna Tsrer"

“Sasna Tsrer” qrupunun üzvü vətənini itirmək problemi ilə üzləşib və 2016-cı ildə PPX alayının binasını ələ keçirmək qərarı düzgün olmuşdu.

KONKRET.az bildirir ki, bu sözləri bu gün məhkəmə iclasında “Sasna Tsrer” qrupunun üzvü Pavel Manukyan deyib:

“Vətənimizi itirmək problemi ilə üzləşmişdik və biz düzgün qəbul etdik. Lazım gələrsə, təkrarlayarıq! Beləliklə, əziz xanımlar, sizin ərlərinizin qatilləri burada deyil”, – deyə Manukyan üzünü zala tutub.

Xatırladaq ki, 2016-cı ilin yayında “Sasna Tsrer” qrupu Yerevanın mərkəzindəki PPX alayının binasını ələ keçirib. Qrupun 31 üzvü alayın binasını iki həftə əlində saxladıqdan sonra iyulun 31-də təslim olub. PPX alayının binasının tutulması və sonrakı hadisələr zamanı 46 nəfər yaralanıb, onlardan 26-sı polis əməkdaşı olub. Üç polis öldürülüb, yeddi nəfər müxtəlif dərəcəli odlu silahdan yaralanıb. Məxməri inqilabdan sonra silahlı qrupun həbs olunan üzvlərinin sərbəst buraxılması prosesi başlayıb.

10 oktyabr 2018-ci il tarixində Yerevanın ümumi yurisdiksiya məhkəməsi 1 milyon dram girov müqabilində həbsdən azad edilmiş Pavel Manukyana qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsinə qərar verib. Polis əməkdaşlarını öldürməkdə ittiham olunan Smbat Barseghyan və Armen Bilyanı hələ də həbsdə qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*