Lənkəranda ağac aşaraq elektrik xətlərini sıradan çıxarıb, binalar işıqsız qalıb – FOTObackend

Lənkəranda ağac aşaraq elektrik xətlərini sıradan çıxarıb, binalar işıqsız qalıb - FOTO

Lənkəran şəhərində güclü külək səbəbindən binalardan 3-ü işıqsız qalıb.

KONKRET.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Lənkəran şəhərində “1-ci mikrorayon” kimi tanınan ərazidə baş verib. Belə ki, Zərifə Əliyeva küçəsi, 78/18 ünvanında yerləşən binanın qarşısındakı iri gövdəli çinar ağacı güclü külək səbəbindən aşıb. Oradan keçən 2 işıq dirəyinə ziyan dəyib və elektrik xətləri sıradan çıxıb. Nəticədə həmin küçədə yerləşən 18, 19 və 22 saylı binalar işıqsız qalıb.

Hazırda ərazidə fəsadın aradan qaldırılması üçün “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən müvafiq işlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*