Lənkəranda ana doğuş zamanı ÖLDÜbackend

Lənkəranda ana doğuş zamanı ÖLDÜ

Lənkəranda ana doğuş zamanı ölüb.

KONKRET.az “Report”a istinadən xəəbr verir ki, gecə saatlarında rayonun Kərgəlan kənd sakini, 1995-ci il təvəllüdlü Aygün İlham qızı Qurbanzadə yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Ona ilkin tibbi yardım göstərilib. Qadın 6 aylıq hamilə olduğu üçün o, Lənkəran Perinatal Mərkəzə göndərilib. Daha sonra A.Qurbanzadə orada dünyasını dəyişib.

Qadının yaxınları A.Qurbanzadənin ölümünə görə, Mərkəzi ittiham edirlər.

Körpənin barəsində isə hələlik məlumat yoxdur

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 3 il ildir ailə həyatı quran A.Qurbanzadənin bu, üçüncü hamiləliyi olub. Daha əvvəl isə onun iki uşağı ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*