Lənkəranda evdən külli miqdarda narkotik tapıldıbackend

Lənkəranda evdən külli miqdarda narkotik tapıldı

Lənkəran sakini narkotik maddə ilə tutulub.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini əvvəllər məhkum olunmuş H.Rzayev saxlanılıb.

Şəxsi axtarış zamanı 150 qram, yaşadığı evə baxış zamanı isə 3 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*