backend

Lənkəranda yük maşını yandı

Lənkəran rayonunda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilə məlumata görə, rayonun Ləj kəndində “Volvo” markalı yük avtomobilinin arxa təkərləri yanıb. Yüksək temperaturdan avtomobilin banında meyvə yığılan 100 ədəd plastik tara əriyib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*