Lerikdəki ağır qəzada ölənlərin sayı ARTDI: Bəzilərinin kimliyi bilindi – YENİLƏNİBbackend

Lerikdəki ağır qəzada ölənlərin sayı ARTDI: Bəzilərinin kimliyi bilindi - YENİLƏNİB 

Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər.

Ağır qəza baş verən hadisə yerinə FHN əməkdaşları da gəlib.

Xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyev məlumat verib. Məlumata görə, ölənlərin sayı 8-ə çatıb.

Ölənlərin bəzilərinin adı açıqlanıb:

Səyyadov Səyyad Hacıbala oğlu – sürücü

Nərimova Nazilə Ağaəli qızı

Fərəcova Şərafət Ənvər

İbrahimova Əsmət Ağababa qızı

Qurbanova Güllər Məmmədağa

16:44

Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.

KONKRET.az-ın məlumatına görə, hadisə Günəşli kəndində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Hadisə zamanı avtobusda 50 nəfər olub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*