Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQbackend

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Avqustun 3-ü gündüz saatlarından başlayaraq 5-i gündüzə qədər şimal və qərb rayonlarında hava şəraiti dəyişəcək.

KONKRET.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, bəzi yerlərdə leysan xarakterli yağışlar yağacaq:

“Əsasən dağlıq və dağətəyi rayonlarda yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi bölgələrdə arabir 28 m/san-dək güclənəcək. Gözlənilən yağıntı ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında da avqustun 3-gündüzdən 5-i gündüzədək şimal-qərb küləyi arabir güclənəcək. Küləyin maksimal sürəti 15-20, bəzi ərazilərdə isə 23-28 m/san olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*