London limanında 50 milyon dollarlıq kokain AŞKAR OLUNDU – FOTObackend

London limanında 50 milyon dollarlıq kokain AŞKAR OLUNDU - FOTO

London limanında “kokain içliyi” olan banan tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Cinayət Agentliyinin (NCA) bəyanat yayıb. Bəyanatda 50 milyon dollar dəyərində kokain aşkar olunduğu bildirilir.

“Milli Cinayət Agentliyinin əməkdaşları sərhəd xidməti ilə birlikdə London limanında yarım tondan çox kokain müsadirə ediblər”, – bəyanatda deyilir.

Agentlik narkotik qutularının son ünvanının Hollandiya limanı olduğunu müəyyən edib.

Tapılan kokainin daşınması 40 milyon funt-sterlinqdən (təxminən 48,7 milyon ABŞ dolları) çox qiymətləndirilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*