Böyük Britaniya bayrağına bükülən kişi Londonun mərkəzində Dauninq-strit yaxınlığında Avropa İttifaqının bayrağını yandırıb.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb. Bu zaman Brexit-in digər tərəfdarları Aİ üzvlüyünə dəstək verən insanlara lağ ediblər. Aİ-nin 200-300-ə yaxın tərəfdarı Dauninq-stritdən Avropa Komissiyasının Londondakı ofisinə gedib. Polis hər iki qrupu ayırmağa müvəffəq olub. Brexit tərəfdarları “Sizə ayıb olsun”, “Hələlik, Aİ” deyə səsləniblər. Aİ liderləri Britaniyanın sərbəst buraxılmasından sonra Avropa İttifaqının müasir tarixdə unikal və ən nikbin layihə olaraq qalacağını bəyan ediblər.
KONKRET.az
