Belarus Respublikasının başçısı Aleksandr Lukaşenko ölkədə sabitlik, ədalət və mərhəmət mühitinin hökm sürdüyünü vurğulayıb.
KONKRET.az xəbər verir ki bu barədə TASS məlumat yayıb.
“Və bir milyona yaxın insan artıq öz gözləri ilə görüb ki, Belarusda həqiqətən də diktatura var. Sabitlik, təhlükəsizlik, nizam-intizam, xeyirxahlıq və qonaqpərvərlik diktaturası. Ədalət diktaturası”, – Lukaşenko Mostıdakı (Qrodno vilayəti) “Dojinki” kəndinin işçilərinin bayramında deyib.
Lukaşenko xatırladıb ki, Minsk öz yük maşınlarının, qatarlarının, təyyarələrinin və çoxlu sayda ölkə vətəndaşlarının vizasız gediş-gəlişi olan minik avtomobillərinin ölkəyə girişinə qoyulan sanksiyalara və məhdudiyyətlərə cavab verib.
Belarus prezidentinin sözlərinə görə, əcnəbilər “Belarus dövləti haqqında yayılan yalanlara baxmayaraq” ölkəyə gəlməkdən məmnundurlar.
Rəsmiyyə Şərifova,
KONKRET.az