Lukaşenko Paşinyanı “təcrübəli siyasətçi” adlandırdıbackend

Lukaşenko Paşinyanı “təcrübəli siyasətçi” adlandırdı

Belarus prezidenti Aleksandr Lukaşenko Nikola Paşinyanı ad günü münasibətilə təbrik edib.

KONKRET.az xəbər verir ki, münasibətilə Lukaşenko Paşinyanı “təcrübəli siyasətçi” adlandırıb.

“Ad gününüz münasibətilə təbrikləri qəbul edin, sizə möhkəm cansağlığı və xalqınıza xidmət kimi yüksək missiyanı yerinə yetirməkdə qüvvət arzulayıram. Siz təcrübəli siyasətçisiniz və uzunmüddətli karyeranızda dəfələrlə özünüzü əmin etmisiniz ki, beynəlxalq münasibətlərdə ən dəqiq kompas milli diplomatiyadır.”, təbrikdə deyilir.

Lukaşenko ticarət, sənaye və humanitar sahədə mövcud inkişafın ən yüksək səviyyədə yardımla Minsk və İrəvan üçün əlavə imkanlar açacağına inandığını bildirib.

Qeyd edək ki, Lukaşenkonun təbriki Ermənistanda birmənalı qarşılanmayıb. Paşinyanın əleyhdarları və müxalifyönlü mətbuat onun “təcrübəli siyasətçi” adlandırılmasına istehza ediblıər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*