Luvr muzeyinin piramidasının işıqları 2 saat tez söndürüləcəkbackend

Luvr muzeyinin piramidasının işıqları 2 saat tez söndürüləcək

Fransada enerji qənaətinə keçidin təsirli olması üçün bəzi turistik və tarixi binaların işıqlarının normal vaxtdan əvvəl söndürülməsinə qərar verilib. Parisdəki Luvr muzeyinin piramidası da simvolik enerjiyə qənaət proqramı çərçivəsində 2 saat tez söndürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə “France 2” televiziyasına açıqlamasında Fransanın mədəniyyət naziri Rima Abdul Malak bildirib.

Qeyd edək ki, Parisin simvollarından olan Luvr muzeyinin piramidasının işıqları normal olaraq hər gün yerli vaxtla saat 01:00-da sönür.

Digər tərəfdən Paris bələdiyyəsinin qərarı ilə sentyabrın 23-dən etibarən Eyfel qülləsinin işıqlandırması hər gün sönəcək.

Bundan əlavə, gələn həftədən etibarən tarixi Versal Sarayının işıqları da bir saat tez söndürüləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*