Maaşlar bu tarixdə artırılacaq – AÇIQLAMAbackend

Maaşlar bu tarixdə artırılacaq - AÇIQLAMA

Ötən həftə Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

Adətən, hər ilin əvvəlində pensiyaların artımı ilə paralel şəkildə dövlət sektorunda çalışan işçilərin də maaşların artımı ilə bağlı qərar verilirdi. Yəni hər iki müavinətin indekləşdirilməsi təxminən eyni vaxta təsadüf edirdi.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda bu barədə rəsmi məlumat yoxdur:

“Hələki bununla bağlı hansısa rəsmi məlumat yoxdur. Hər il maaş və pensiyaların indenksləşməsi paralel aparılırdı. Seçkilərdən öncə təqaüdlərlə bağlı qərar verildi. Maaşlara bağlı isə hələ qərar yoxdur. Açığı, bunun nə vaxt olacağını indidən söyləmək də çətindir. Çünki qanunvericilikdə bu artımların müddətləri müəyyənləşdirilməyib. Sadəcə, hökumətin hər il orta aylıq əməkhaqqının artım tempinə və ya infiliyasiya göstəricilərinə uyğun olaraq, əməkhaqlarında indeksləşmə aparmalı olduğu qeyd olunub. Ona görə də indidən nəsə demək çətindir”.

Ekspert maaşlarla bağlı qərarın yaxın günlərdə verilə biləcəyini istisna etməyib:

“Ehtimal edirəm ki, yaxın vaxtlarda parlament seçkiləri ilə bağlı qərar verilə bilər. Ola bilsin ki bu qərardan öncə maaş artımı ilə bağlı yeni bir qərarın elan olunması baş versin. Bəlkə də bunlar hansısa bir seçki alqoritminə görə hesablanıb. Amma nə vaxt və hansı gün olacağını söyləmək çətindir”.

  • Prezident ferman imzaladi
    Fevral 12, 2024 - 17:26

    Salam. Men pensiya yasina catacam yoxsa yox, bunu bilmirem. Ancaq indi meni maas maraqlandirir. Ozude minimum maas. Prezidente ses verdik ki maddi rifahimizi guclendirsin

    • Behruz
      Fevral 12, 2024 - 20:04

      Hec bir artimdan sohbet getmir, hamisi yalandi

  • Arzu
    Fevral 12, 2024 - 19:08

    Mən d prezidentimizə səs vermişəm .İnşallah yaxın günlərdə müəllimlərin də maaşı artar.🤲🕌

  • Nicat
    Fevral 12, 2024 - 20:15

    Bu nə gərəksiz başlıqdır belə? Niyə işiniz əvəzinə saxtakarlıqla məşqulsuz??? ŞAD XƏBƏR MAAŞLAR BU TARİXDƏ AÇIQLANACAQ… amma xəbərdə yazılıb məlum deyil

  • Adsız
    Fevral 13, 2024 - 00:15

    Mehkeme sisteminin maawlari cox awagidi xaiw edirik nezer yetiresiniz

  • Elnare
    Fevral 13, 2024 - 12:00

    Xahiş edirəm.özel sektorda çalışanlara da nəzər yetirsəniz minimum əmək haqqı qaldırılsın bu maaşla dolanmaq olmur

  • Elnare
    Fevral 13, 2024 - 12:03

    Xahiş edirəm Özəl sektorda çalışanlara da nəzər yetirilsin minimum əmək haqqı qaldırılsın dolanmaq olmur

  • kamil
    Fevral 14, 2024 - 00:55

    menim maasimi kim qaldiracaqe kvadrati baha edecem daha)))

  • Mübariz
    Fevral 14, 2024 - 20:47

    Bu veteranlara da baxinda 80 manatnan neyniyek biz

  • Mehriban
    Fevral 14, 2024 - 22:54

    Minimum emek haqqini artirilsin.345 manat cox azdi axi.hec olmasa 500 etsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*