Maduro ölkəni ABŞ üçün Vyetnama çevirəcəkbackend

Maduro ölkəni ABŞ üçün Vyetnama çevirəcək

Venesuela ABŞ-ın işğalına cavab vermək üçün iki variantı nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.

“Venesuela ABŞ-ın hava və ya quru hücumu zamanı partizan müqaviməti təşkil etməyi və ya paytaxt Karakasda xaos yaratmağı planlaşdırır. Birinci halda, Venesuelada 280-dən çox kiçik hərbi birləşmələrlə təxribat aktları həyata keçiriləcək və digər partizan müharibəsi metodlarından istifadə ediləcək. Bölmələrə hücum halında dağılışmaq və müxtəlif yerlərdə gizlənmək əmri verilib.

“Anarxizasiya” adlanan ikinci strategiya paytaxt Karakasda iğtişaşlar yaratmaq və Venesuelanı nəzarətdən çıxarmaq üçün kəşfiyyat xidmətlərindən və hakim partiyanın silahlı tərəfdarlarından istifadə etməyi əhatə edir”, – agentik bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*