Makron buna görə Türkiyəni ittiham edir – Səbəbbackend

Makron buna görə Türkiyəni ittiham edir - Səbəb

Emmanuel Makronun Türkiyəni ittiham etməsinin arxasında Liviyada Fransanın qüsurlarını ört-basdır etmək olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyində yayımlanan “Türkiyə Makronun xəyallarını məhv etdi” adlı məqalədə yazılıb.

Yazıda bildirilib ki, Makron yaddaşını itirib:

“O, BMT tərəfindən tanınan Tripoli hökumətinə qarşı müharibə aparan Haftarı dəstəklədi. Halbuki, Makron Haftardan səssiz-sədasız uzaqlaşa bilərdi. Bunun əvəzinə Fransa Liviyadakı vətəndaş müharibəsinə müdaxiləni artırdı.

Liviyada gedişatın dəyişməsi Makron və Fransa Xarici İşlər naziri Jan-İv Lö Drian üçün utancverici bəzi məqamların ortaya çıxması anlamına gəlir. Haftardan alınan ərazilərdə kütləvi məzarların çıxması Fransanın dəstəklədiyi şəxsin zülmlər törətdiyini sübut etdi”.

Məqalədə vurğulanır ki, Makronun Ankara ilə başqa hesabları da var:

“Qərbi Aralıq dənizindəki enerji mənbələri uğrundə rəqabət aparır”.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*