Fransa Kiyevə silah tədarükünü davam etdirəcək.
KONKRET.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
“Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək. Paris Ukraynanın müqavimətini dəstəkləyəcək və Kiyevə uzunmüddətli təhlükəsizliyi təmin etməyə kömək edəcək”, – dövlət başçısı vurğulayıb.