Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqi iyunda Kiyevə səfər edəcəklər.
KONKRET.az-ın xəbərinə görə, bu barədə BİLD nəşri məlumat yayıb.
Nəşr yazır ki, səfər Böyük Yeddiliyin 26-28 iyunda keçiriləcək zirvə görüşünədək baş tutacaq.
Tərəflər səfərlə bağlı uzun müddət müzakirə aparıblar. Draqini səfərə dəvət etmək təklifini Makron verib.
