“Makrona qarşı çıxacağıq” – Marin Le Penbackend

"Makrona qarşı çıxacağıq" - Marin Le Pen

“Kiyevə Fransanın Rusiyaya zərbə endirmək üçün verdiyi uzaqmənzilli silahlardan istifadə etməyə icazə verməyəcəyik”.

KONKRET.az xəbər verir ki, bu sözləri Fransada parlament seçkilərinin birinci turunda qlaib gələn ifrat sağçı “Milli birlik” partiyasının rəhbəri Marin Le Pen deyib.

O bildirib ki, əgər Makron Ukraynaya qoşun göndərmək istəsə buna qarşı çıxacaq:

“Prezident Ukraynaya qoşun göndərmək istəsə və baş nazir buna qarşı çıxsa, o zaman qoşun Ukraynada olmayacaq. Son sözü baş nazir deyir”, – deyə Marin CNN-ə müsahibəsində vurğulayıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*