Makronu təhqir etmək ağır cinayət sayılır: Müğənni həbs edildibackend

Makronu təhqir etmək ağır cinayət sayılır: Müğənni həbs edildi

Fransada hərəkətləri etiraz və iğtişaşlarla qarşılanan Prezident Emmanuel Makronu təhqir etmək ağır cinayət sayılır.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksikada Pinata festivalındakı kimi Makronun asılmasından danışan müğənni Izia Higel saxlanılaraq sorğu-sual edilib.

Məlumata görə, müğənni barəsində “ictimaiyyəti cinayətə təhrik etmə” maddəsi ilə istintaq başladılıb.

Növbəti konserti ləğv edilən 32 yaşlı Izia Higel sözlərinin yanlış şərh edildiyini bildirib:

“Çox təəssüf edirəm ki, sözlərim yanlış şərh edilib və kontekstdən çıxarılıb. Heç bir halda zorakılıq və ya nifrət yaratmaq niyyətim olmayıb”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*