Maksim Qalkin Ukraynanın “qara siyahısı”ndan çıxarıldıbackend

Maksim Qalkin Ukraynanın “qara siyahısı”ndan çıxarıldı

Rusiyalı şoumen və teleaparıcı Maksim Qalkin Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan şəxslər siyahısından çıxarılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin saytındakı məlumatda deyilir.

Qalkinin SBU-nun tələbi ilə 2021-ci ilin noyabrında “qara siyahı”ya əlavə edildiyi məlumdur.

Lakin nə Mədəniyyət Nazirliyi, nə də SBU Qalkinin “qara siyahı”ya salınma səbəbini açıqlamayıb. Bununla belə, şəbəkədə şoumenin 2014-cü ilin iyununda və 2015-ci ilin avqustunda Rusiya tərəfindən işğal olunmuş Krıma səfər etdiyi barədə məlumat yer alıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra Maksim Qalkin Alla Puqaçova və uşaqlar ilə birlikdə İsrailə gedib. Şoumen bir neçə dəfə Rusiya Federasiyasının hərəkətlərini açıq şəkildə pisləyib və Ukraynanı fəal şəkildə dəstəkləməyə davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*