Maksim Şevçenko: “Ermənistanın İran, Türkiyə, Gürcüstan, Rusiya və Azərbaycan arasında əriyib getmək təhlükəsi var”backend

Maksim Şevçenko: "Ermənistanın İran, Türkiyə, Gürcüstan, Rusiya və Azərbaycan arasında əriyib getmək təhlükəsi var"

“Erməni silahlıları tərəfindən işğal edilmiş Dağlıq Qarabağ Azərbaycan xalqı tərəfindən azad edildi. Beləliklə, problem öz həllini tapdı. Ancaq ermənilərin “Böyük Ermənistan” xülyası və onu dəstəkləyən Qabrelyanovun Twitter və ya Telegram kanalları, eləcə də bu şovinist cərəyanın digər təbliğatçılarının absurd iddiaları hələlik açıq qalır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Maksim Şevçenko “Exo Moskva” radiosuna müsahibəsində deyib. Politoloq əlavə edib ki, “Düşünürəm ki, bu, boş iddialar erməni xalqının mənafeyinə uyğun deyil. Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və digər dövlətlərlə mehriban qonşuluq, dinc, qarşılıqlı faydalı münasibətlər erməni xalqının mənafeyinə uyğundur. Əks təqdirdə ermənilərin kiçik dövləti bu güclər arasında əriyib gedəcək”.

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*