Mal əti yenidən bahalaşıb. Son bir ayda bu ətin kiloqramında bir manatdan çox artım var.
KONKRET.az “Xəzər” TV-yə istinadla xəbər verir ki, qiymət artımı satışlara xeyli təsir edib.
Artıma səbəb kimi həm heyvan bazarında qıtlıq, həm də yemin bahalaşması göstərilir.
Bəzi ərazilərdə isə quzu ətinin qiymətində yüksəlmənin olmadığı bildirilib.
