Maradonanın cəsədi ilə foto çəkdirdi, işdən qovuldu – FOTObackend

Maradonanın cəsədi ilə foto çəkdirdi, işdən qovuldu - FOTO

Argentinanın futbol əfsanəsi Dieqo Maradonanın dəfn mərasiminin keçirildiyi cənazə evinin əməkdaşı işdən qovulub.

KONKRET.az xəbər verir ki, buna səbəb sözügedən şəxsin Maradonanın cəsədi ilə selfi çəkdirməsi olub.

O, nəşi vida mərasiminə hazırlayarkən “əla” işarəsi göstərərək lentə aldığı fotonu sosial mediada yayıb.

Pərəstişkarların qəzəbinə səbəb olan foto silinib, həmin işçi vəzifəsindən azad olunub.

Mövzu barədə əfsanəvi futbolçunun vəkili Matias Morla açıqlama yayaraq hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*