Maradonanın ölümünə görə tibb işçiləri MÜHAKİMƏ OLUNACAQbackend

Maradonanın ölümünə görə tibb işçiləri MÜHAKİMƏ OLUNACAQ

Əfsanəvi futbolçu Dieqo Armando Maradonanın ölümü ilə bağlı səhlənkarlığa görə səkkiz tibb işçisi məhkəmə qarşısına çıxarılacaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 2020-ci ilin noyabrında infarktdan vəfat edən Maradonanın ölümündən sonra Argentinada ona qulluq edən həkimlər və tibb bacıları ilə bağlı araşdırma başladılıb.

İttiham olunanlar arasında futbolçunun şəxsi həkimi Leopoldo Luke, psixiatrı Aqustina Kosaçov, onun fizioloqu, tibb koordinatoru, bir həkim və üç tibb bacısı günahkar kimi göstərilib.

Futbolçunun ölümünü araşdırmaq üçün təyin edilən tibbi komissiya  həkimlərin nöqsan və qayda pozuntuları etdiyi qənaətinə gəlib.

Hadisədə səhlənkarlıq etdikləri iddia edilən şəxslər bütün ittihamları rədd edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*