Birinci Kanalın keçmiş redaktoru Marina Ovsyannikova qiyabi olaraq 8,5 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xəbər verir ki, cinayət işinə səbəb onun 2022-ci ilin iyulunda keçirdiyi piket olub.
Bundan başqa, ona həmçinin dörd il müddətinə internetdə yazı yazmaq barədə qadağa qoyulub.
Qeyd edək ki, o, ev dustaqlığından qaçaraq Avropa ölkələrindən birinə gedib.
Bundan sonra isə jurnalist federal axtarışa verilmişdi.
Natiq Səlim,
KONKRET.az
