Marqarita Simonyan soyqırımda ittiham olunurbackend

Marqarita Simonyan soyqırımda ittiham olunur

Ukraynanın təhlükəsizlik xidməti rus təbliğatçısı Marqarita Simonyanı ittiham edib.

KONKRET.az xəbər verir ki, bununla bağlı yayılan açıqlamada bildirilir ki, Simonyan 2023-cü ilin dekabrında rus ordusunu Ukrayna uşaqlarını kütləvi qətl etməyə çağırır. Bundan əlavə, rus təbliğatçısı dəfələrlə Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə təşviqat aparır.

“Simonyan televiziya və sosial şəbəkə hesablarında Ukrayna xalqı əleyhinə ağır cinayətə təhrik olunan ifadələr işlədib.

Ukrayna kəşfiyyat xidməti əlavə edib ki, Simonyan “Soyqırım”, “Ukraynanın ərazi bütövlüyü” və “Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzünün icrası” maddələri ilə ittiham olunur. Simonyan Rusiyada olduğuna görə həbs olunması hələ ki, mümkün deyil”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*