“Masallı” otelə yazılan protokola bu tarixdə baxılacaqbackend

“Masallı” otelə yazılan protokola bu tarixdə baxılacaq

“Masallı-mehmanxana” ASC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb.

KONKRET.az-ın xəbərinə görə, baxış iclası noyabrın 29-da Masallı Rayon Məhkəməsinin hakimi Zeynal Zeynalovun sədrliyi ilə keçiriləcək.

Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. ASC “Masallı” otel adı ilə fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*