Masallıda evdən 9 min manatlıq oğurluq edildibackend

Masallıda evdən 9 min manatlıq oğurluq edildi

Masallıda evdən 9 000 manatlıq oğurluq edilib.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 27-də gecə saatlarında R.Qasımovanın yaşadığı rayonun Köhnə Alvadı kəndindəki evdən 4 000 manat pul və 5 000 manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakinləri əvvəllər məhkum olunmuş R.Musazadə, O.Abıyev və S.Əliyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*