Masallıda meşə massivində yanğın oldu – FOTObackend

Masallıda meşə massivində yanğın oldu - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Yeyənkənd kəndi ərazisində meşə massivində yanğın baş verməsi barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə ərazisində kol-kos və xəzəlin yandığı və alovun meşədəki çoxillik ağaclara keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən ağaclara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 500 m² sahədə kol-kos və xəzəl yanıb, meşə massivi yanğından mühafizə olunub.

Masallıda meşə massivində yanğın olub - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*