Mats Floderus: “Oğlum 600 gündür cəhənnəmdə yaşayır” – FOTObackend

Mats Floderus: “Oğlum 600 gündür cəhənnəmdə yaşayır” - FOTO

“Oğlum 600 gündür cəhənnəmdə yaşayır”.

KONKRET.az xəbər verir ki, “Azad İran” telegram kanalının məlumatına görə, bunu İsveç vətəndaşı və Avropa İttifaqının diplomatı Yohan Floderusun atası Mats Floderus deyib.

Onun sözlərinə görə, Tehranda “Evin” həbsxanasında saxlanılan Yohan Floderus mütəmadi konsulluq xidməti və telefon danışığı hüququndan məhrum edilib.

Qeyd edək ki, 33 yaşlı isveçli diplomat 2022-ci il aprelin 17-də İranda həbs edilib və son 20 ayı həbsxanada keçirib. Ona qarşı irəli sürülən ittihamlar barədə isə hələlik dəqiq məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*