“Azərbaycan siyasətində özünə lüks VİP əldə etmək üçün müxalifətə şər və böhtanlar atan Əli Əliyev uzu müddətdir ki, xalqın etimadını qazana bilmir. Çünki onun leksikonu və danışıq tərzi kin- küdurət, özünü aparmağında isə ciddi psixoloji problemlər var”.

Bu sözləri KONKRET.az-a açıqlamasında Milli Cəhbə Partiyasının (MCP) sədr müavini Məhəmməd Əsədulla bildirib.
Onun sözlərinə görə, Əli Əliyev özünü ha çalışır ki, ana müxalifət “lideri” etsin, halbuki bu yazıda lider sözünün onun adının qabağında qoymaq uyğun gəlmir: “Çünki Əli Əliyev siyasətdə nə istədiyini bilmir. Gah iqtidarla dialoqa getməyə cəhd edir. İqtidarda onu kiçik səviyyədə qəbul edir. Çünki bilir ki, siyasət Əli Əliyev kimi “şəxs”lərin bildiyi sahə deyil. Sadəcə, ya vəlvələdən, ya zəlzələdən onun partiyası qeydiyyata alınıb. Əli Əliyev yaratdığı siyasi təşkilatın adını VİP qoyanda hesab edib ki, siyasətdə lüks VİP götürəcək. Amma, o ,ən axrıncı və köhnə plaskart yerdə qalaraq çabalamağa başladı. Müxalifətə çamur atmaqla çamur qayıdırb özünə dəyir. Əli Əliyevin ötən gün saxlanıldığı qeyd edildi. Təbii ki, onun saxlanılması təəccüblü qarşılanmadı”.
MCP rəsmisi vurğulayıb ki, “Əli Əliyevin sağı-solu bəlli deyil və öz mövqelərini inkişaf etdirmək üçün Azərbaycanı da sata bilər. Artıq bəlli olur ki, Əli Əliyev İranın rəsmiləri və din xadimləri ilə təmasları var imiş. Ola bilər ki, Əli Əliyev vətənə xəyanətə görə dindirilsin. Çünki İran ölkəmizə qarşı hərbi təhdidlər edirdi, ölkəmizdə asayişi pozmaq üçün bütün variantlara əl atırdı. Ölkə daxilində beşinci kolondan istifadəyə çalışırdı. Görünür, məlum şəkil Əli Əliyevin İranın beşinci kolonun olmasın göstəricisidir”.
Natiq Səlim,
KONKRET.az

