MDB məkanında azad ticarət zonası haqqında sazişin həyata keçirilməsində müəyyən problemlər var, lakin Birlik mümkün qədər maneələri aradan qaldırmağa çalışır.
KONKRET.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev bildirib.
“Müqavilə icra olunur və demək olar ki, uğurla həyata keçirilir. Problemlər olsa da, sazişin qarşılıqlı ticarətin həcminin artmasına əhəmiyyətli töhfə verməsinə və qarşılıqlı ticarətdə bir çox məhdudiyyətləri aradan qaldırmasına baxmayaraq, müəyyən maneələr hələ də qalır”, – Lebedev deyib.
Onun sözlərinə görə, müəyyən dövlətlər vaxtaşırı məhdudiyyətlərə əl atırlar.
“Lakin MDB İcraiyyə Komitəsi, müvafiq strukturların nümayəndələri: İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi qarşılıqlı ticarətə qoyulan məhdudiyyətlərin tamamilə aradan qaldırılması üçün birgə tədbirlər görür”, – o əlavə edib.
Qeyd edək ki çərşənbə axşamı Minskdə MDB-yə üzv dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclası keçirilir.
Ariz Həsənoğlu,
KONKRET.az