Medvedçuk məhkəməyə qədər ukraynalı hərbi əsirlərlə dəyişdirilə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova bildirib. O deyib ki, Viktor Medvedçuk məhkəməyə qədər ukraynalı hərbi əsirlərlə dəyişdirilə bilər.
“Əgər məhbus Medvedçuk özünü ukraynalı hərbi əsirlərlə dəyişməyə razı olarsa, belə bir mübadilə məhkəməyə qədər mümkündür”, – Venediktova deyib.
Həmçinin Baş Prokurorluq onun barəsində zamin olmadan həbs-qətimkan tədbiri seçilməsini tələb edəcək.
Xuraman Etibarlı,
KONKRET.az
