Medvedçuk Zelenskiyə və Putinə MÜRACİƏT ETDİ – VİDEObackend

Medvedçuk Zelenskiyə və Putinə MÜRACİƏT ETDİ - VİDEO

“Xahiş edirəm, məni Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişin”.

KONKRET.az xəbər verir ki, UTX tərəfindən saxlanılan xalq deputatı Viktor Medvedçuk onu Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişdirmək təklifi ilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət edib.

O, Ukrayna və Rusiya Federasiyası prezidentlərinə müraciət edərək onu Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişməyi xahiş edib.

Medvedçuk qeyd edib ki, onlar mühasirədə olan şəhərdədirlər, humanitar dəhlizlərdən təhlükəsiz çıxış yolu yoxdur.

Qeyd edək ki, müxtəlif hesablamalara görə, blokadaya alınmış Mariupolda 120 minə yaxın mülki şəxs qalıb və Azov alayının və 36-cı dəniz piyada briqadasının əsgərləri şəhəri müdafiə etməyə davam edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*