Medvedev Ukraynanı “Qiyamət günü” ilə hədələdiyi PAYLAŞIMINI SİLDİbackend

Medvedev Ukraynanı "Qiyamət günü" ilə hədələdiyi PAYLAŞIMINI SİLDİ

“Krıma zərbə endirildiyi təqdirdə Ukrayna üçün “Qiyamət günü” olacaq”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev teleqram kanalda yazıb. Daha sonra o, “Qiyamət günü” ilə bağlı  qalmaqallı paylaşımını silib.

Postun yoxa çıxması ancaq avqustun 18-də axşam saatlarında, Krımda kütləvi partlayışlar törədildiyi zaman netizenlər tərəfindən aşkarlanıb.

Rusiyanın eks-prezidentinin yazısını telegramda tapmaq artıq mümkün deyil.

İyulun 18-də görüşlərin birində Medvedev deyib: “Əgər belə bir hadisə baş versə (Krıma hücum – red.), oradakıların hamısı üçün birdən-birə Qiyamət günü gələcək”.

Bundan əvvəl Medvedev “Vkontakte” sosial şəbəkəsində Rusiyanın ən yaxın müttəfiqlərini müharibə ilə hədələyən və Qazaxıstanı “süni dövlət” adlandıran yazı dərc edib. Daha sonra həmin mətn də yoxa çıxıb və eks-prezidentin köməkçisi Medvedevin səhifəsinin guya sındırıldığını bildirib.

Qeyd edək ki, avqustun 18-də axşam saatlarında Krım sakinləri Rusiya Federasiyasının hərbi obyektləri yaxınlığında partlayışların olması ilə bağlı kütləvi şəkildə şikayət ediblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*