Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Qəzzada mülki əhaliyə və infrastruktura qarşı hərbi əməliyyatları dayandırmağa çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Al-Arabia kanalı məlumat yayıb.
O, həmçinin Krallığın Fələstin-İsrail münaqişəsinin həllini tapmağa sadiq olduğunu bir daha təsdiqləyərək qeyd edib ki, 1967-ci il sərhədlərinə əsaslanan Fələstin dövlətinin yaradılması üçün səylər davam etdirilməlidir.
Qeyd edək ki, 1 milyondan çox fələstinli İsrailin təxliyə əmrindən evlərini tərk edib.
Ariz Həsənoğlu,
KONKRET.az
