Məhəmməd Vasim: “Ağdam büsbütün viran qoyulub”backend

Məhəmməd Vasim: “Ağdam büsbütün viran qoyulub”

Erməni işğalı dəhşətli fəsadlar yaradıb, Ağdam büsbütün viranəyə çevrilib, şəhərdə bütün evlər dağıdılıb.

KONKRET.az xəbər verir ki, bunu “Report”a 21 ölkədən Azərbaycanın azad olunmuş ərazilərinə səfər edən tanınmış səyahətçilər arasında olan əlcəzairli Məhəmməd Vasim Allahi bildirib.

“Doğrudan da bütün bunların bu dərəcədə olması dəhşətdir. Yolboyu ancaq viranələr gördük, bütün evlər dağıdılıb, – səyahətçi Azərbaycana ikinci dəfədir gəldiyini, amma azad olunmuş torpaqlara ilk dəfə qədəm basdığını dilə gətirib.

Xatırladaq ki, Azərbaycanın azad olunmuş ərazisinə tanınmış əcnəbi səyyahların bu gün başlayan səfəri çərçivəsində tarixi və mədəni abidələrlə, habelə erməni işğalçılarının törətdiyi dağıntılarla tanışlıq nəzərdə tutulur. Qonaqlar bölgədə aparılan bərpa və yenidənqurma işləri ilə də tanış olacaqlar.Nümayəndə heyəti artıq Şuşa və Ağdama səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*